Baş məşqçisi Mahir Şükürovdan narazı qaldı
20.04.2010 - 09:42
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi Hacı Hacıyev azərbaycanlı futbolçu Mahir Şükürovdan narazı qalıb. Apasport.az saytının məlumatına görə, dağıstanlı mütəxəssis Premyer Liqanın VI turunda evdə “Rostov”a məğlubiyyətdən sonra yetirmələri ilə ciddi söhbət etdiyini bildirib.
Həmin görüşdə hesabda 1:0 irəlidə olan Mahaçqala təmsilçisi sonradan iki qol buraxaraq, meydanı məğlub tərk edib. Hacıyev Şükürovun yer aldığı yarımmüdafiənin xətalara yol verdiyini söyləyib: “Oyundan sonra futbolçularla söhbətim oldu. Bu, onunla bağlı idi ki, komanda bəzi oyunlarda daha yaxşı təsir bağışlayırdı. Belə razılaşdıq ki, səbəbləri müəyyənləşdirəcəyik. Fikrimcə, “Rostov”la görüşdə oyunumuz pozuldu. İkinci hissədə buraxdığımız bir neçə kobud səhv nəinki qələbə qazanmağa, hətta heç-heçə etməyə də imkan vermədi. Mən istifadə etməyimiz qol vəziyyətlərini yox, müdafiə və orta sahədə olan səhvləri nəzərdə tuturam. Daha səviyyəli futbolçular da qol vura bilmirlər”.

0
0