Məşhur futbolçu dopinqdə ilişdi - FOTO
20.04.2010 - 09:53
Rumıniya yığmasının futbolçusu Adrian Mutu yenidən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, İtaliya Olimpiya Komitəsi “Fiorentina”nın formasını geyinən 31 yaşlı hücumçunu 9 ay futboldan kənarlaşdırmaqla bağlı qərar çıxarıb.
Mutudan götürülən dopinq-test müsbət nəticə verib. Onun qanında istifadəsi qadağan olunan preparat – sibutramin tapılıb. Adrian yaşıl meydana bu ilin oktyabrın 29-da çıxa bilər. Ancaq klubu cəzaya baxmayaraq, onunla müqaviləni pozmaq fikrində deyil. Çünki diskvalifikasiyanın müddəti bir ildən azdır.
Qeyd edək ki, Mutu ilk dəfə 2004-cü ildə cəzalandırılmışdı. Həmin vaxt Londonun “Çelsi” klubunda oynayarkən, kokain qəbul etdiyinə görə 7 aylıq cəzaya məruz qalmışdı.

0
0