Kandelas: Azərbaycan çempionu fövqəlulduza malik deyil
20.04.2010 - 15:27
“UEFA kubokunu qazanmaq yolunda ilk maneəmiz Azərbaycan çempionu “Araz”dır. Bu komanda bizim üçün nailiyyətləri olmayan naməlum rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İntervyu” klubunun baş məşqçisi Xesus Kandelas deyib.
UEFA kubokunun aprelin 23-də keçiriləcək yarımfinal matçında “Araz”la görüşəcək İspaniya təmsilçisinin çalışdırıcısı Azərbaycan çempionundan ehtiyatlanır. Kandelas UEFA-nın rəsmi internet saytına verdiyi müsahibədə komandamız haqda da danışıb: “Biz Naxçıvan təmsilçisinin “Kayrat”la oyununu təhlil edə bilərik. Lakin bu rəqibin tam mənzərəsi olmayacaq. Çünki o vaxtdan komandada dəyişikliklər baş verib. İstənilən halda, bir şey məlumdur: “Araz” fövqəlulduza malik deyil. Onlar müdafiədə güclü oyunçulara malikdirlər. Orta sahədə isə komandanı arxasınca aparan lider var. Onların yığmasının Avropa çempionatının yarımfinalına çıxdığını nəzərə alsaq, görərik ki, qarşımızda təhlükəli komanda var”.
Qeyd edək ki, “Dördlər finalı” Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.

0
0