Mahir Şükürov: Bu problemi AFFA və “Anji” rəhbərliyi həll etməlidir
20.04.2010 - 16:48
“Anji” klubunun formasını geyinən Mahir Şükürov Azərbaycan yığmasının Avstriyada keçirəcəyi yoldaşlıq görüşlərində iştirak etməyə bilər. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, mayın 26-da Moldova, 28-də Makedoniya, iyunun 2-də Hondurasla oyunlara gələcəyi dəqiqləşməyib: “Mayın 19-da Rusiya Premyer Liqasında fasilə yaranacaq. 3-4 günlük istirahətdən sonra “Anji” Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Artıq futbolçuların hamısına viza açılıb. Klub rəhbərliyinin həmin müddətdə məni yığmaya buraxıb-buraxmayacağını bilmirəm”.
İki günlük Bakıya gələn Şükürov bildirib ki, bu barədə AFFA rəhbərliyinə məlumat verəcək: “Anji”nin Avstriyaya hazırlığa yollanması “Rostov”la oyundan 3 gün öncə məlum olub. Təlim-məşq toplanışında bütün futbolçuların olmasını istəyirlər. Ola bilsin ki, yeni baş məşqçimiz Hacı Hacıyev komandanı özü istədiyi kimi hazırlaşdırmaq istəyir. Bizdə hər oyuna bir heyət çıxır. Heç kəs deyə bilməz ki, hansısa oyunda əsas heyətdə oynayacaq”.
Azərbaycan yığmasının qarşıdakı yoldaşlıq görüşləri FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulmayıb və bu amil Şükürovun gəlişinə əlavə problem yaradır: “Ola bilsin ki, “Anji” bu səbəbdən məni milli komandaya buraxmadı. Hər halda, bu məsələdə çox şey AFFA-dan asılıdır. Bəlkə də “Anji” rəhbərliyi federasiyamızın müraciətinə müsbət cavab versin. Yəni, mənlik heç nə yoxdur. Bu problemi AFFA və “Anji” rəhbərliyi həll etməlidir. Eyni ölkədə hazırlıq keçsək, lap yaxşı olar. Belə olan halda, klubda məşq edib, yığmanın oyununa gələ bilərəm. “Anji”nin Avstriyadakı toplanışının vaxtı bizə dəqiq deyilməyib. Yəqin ki, hazırlıq mayın sonunda başlayacaq və 2 həftə olacaq”.
Milli komandaya daha çox üstünlük verdiyini bildirən Şükürov klubunun da maraqlarını nəzərə almağı vacib sayır: “Əlbəttə, seçim qarşısında qalsam, yığmaya üstünlük verərəm. Ona görə ki, millidə oynamağı həmişə arzulamışam. Qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyi çox istəyirəm. Bizi Moldova, Makedoniya və Hondurasla çətin və vacib oyunlar gözləyir. Növbəti seçmə mərhələyə hazırlaşırıq və yoldaşlıq görüşlərində iştirakım çox lazımdır. Ancaq klubu da nəzərə almaq lazımdır. “Anji” də öz sözünü deyə bilər”.

0
0