Berti Foqts “Spartak” – “Anji” görüşünü izləmək üçün Moskvaya gedir
20.04.2010 - 17:00
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Rusiyaya gedəcək. Almaniyalı mütəxəssis mayın əvvəllərində Moskvaya yollanıb, Rusiya Premyer Liqasının IX turunda “Spartak” – “Anji” görüşünü izləyəcək. Bu barədə apasport.az saytına “Anji” klubunun futbolçusu Mahir Şükürov məlumat verib.
“Berti Foqts öncədən Mahaçqalada “Anji” – MOİK oyununu izləməyi planlaşdırmışdı. Ancaq cəzalı olduğum üçün həmin görüşdə iştirak etmədim. Bu səbəbdən alman məşqçinin səfəri baş tutmadı. O, bundan sonra komandamızın qarşıdakı oyunlarının proqramı ilə maraqlandı. Mayın 6-da “Spartak”la Moskvada oyunumuz var. Məndə olan məlumata görə, Foqtsun həmin oyunu izləmək üçün Rusiya paytaxtına yollanacaq” – deyə Şükürov bildirib.
Qeyd edək ki, Foqts ötən il martın 28-də “Spartak”ın ev oyunlarını keçirdiyi “Lujniki” stadionunda olub. Milli komandamız Rusiya yığması ilə rəsmi oyunda 0:2 hesabı ilə uduzub. Şükürov həmin görüşdə 90 dəqiqə forma geyinmişdi.

0
0