“Barselona”nı məğlub edən tapıldı
21.04.2010 - 00:35
Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinal görüşü turnirin son qalibi “Barselona” klubunun məğlubiyyəti ilə nəticələnib.
“İnter” ötən il bütün mümkün titulları qazanan Kataloniya təmsilçisi üzərində əzmkar qələbə qazanıb – 3:1. Bununla, nadir hallarda uduzan “Barselona”nı məğlub edən tapılıb. Hələ “Çelsi”də işlədiyi dövrdə “Barselona”nı yenməyi bacaran “İnter”in portuqaliyalı baş məşqçisi Joze Maurinyo necə güclü mütəxəssis olduğunu bir daha göstərib. Oyunun qəhrəmanı isə Dieqo Militonu saymaq olar. Hər halda, “İnter”in hər üç qolunda iştirak edən argentinalı hücumçu bir qol vurub, iki məhsuldar ötürmə etdi.
Bu nəticə ilə “Barselona”nın iki illik məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. Maraqlıdır ki, komanda ÇL-də sonuncu səfər məğlubiyyətini də elə yarımfinalda, özü də məhz apreldə almışdı. 2008-ci ilin aprelin 30-da İngiltərənin “Mançester Yunayted” klubuna 0:1 hesabı ilə uduzan kataloniyalılar bununla da finala çıxa bilməmişdi.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) - 3:1
QOLLAR: Sneyder, 30; Maykon, 48; Dieqo Milito, 61 - Pedro, 19
Baş hakim: Oleqariu Benkerensa (Portuqaliya)
Milan. “Cüzeppe Meattsa” stadionu

0
0