Zeynal Məmmədov: “Bakı” klubunda zorla futbolçu saxlayası deyiləm
20.04.2010 - 23:04
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə istərdik “Qarabağ”la son oyunla bağlı fikirlərinizi bildirəsiniz...
- “Qarabağ” yerli və gənc futbolçulardan təşkil olunmuş güclü komandadır. Hesab heç kimi aldatmasın. Nəticənin belə olması o demək deyil ki, komanda zəifdir. Niyə belə böyük hesablı nəticənin qeyd alınmasına gəlincə, “Bakı” məharətlə “Qarabağ”ın buraxdığı səhvlərdən istifadə etdi. Qurban Qurbanov taktiki dəyişikliklər edirdi ki, komandası hesabı bərabərləşdirsin. “Bakı” da bundan məharətlə istifadə edib böyük hesablı qələbə qazandı.
- Quzanlıda qazanılan qələbədən sonra “Bakı”nın çempionluq şansı bir qədər də artdı. Siz qalan turlarda komandanızın çempionluq şansını necə dəyərləndirirsiniz?
- İlk “üçlük”də qərarlaşan komandalar eyni şansa malikdirlər. Zənnimcə, ilk 3 pilləni bu üç komanda tutacaq. Hansının birinci, hansının ikinci və üçüncü olacağını deyə bilmərəm. Sona 4 tur qalıb. “Qarabağ” və “Neftçi”nin də az da olsa, şansları var.
- “Bakı” iki cəbhədə də yoluna davam edir. Şübhəsiz, hər komanda mövsümü qızıl dublla başa vurmaq istəyir. Sizin üçün əsas olan çempionluqdur, yoxsa kubok?
- Səmimi deyirəm, əsas məqsədimiz ardıcıl ikinci dəfə ölkə çempionu olmaqdır. Kubok ikinci dərəcəlidir.
- İstərdik baş məşqçi dəyişikliyi ilə bağlı mövqeyiniz öyrənək. Cari mövsümdə 3 baş məşqçi dəyişikliyinin nə kimi mənfi və müsbət cəhətləri var?
- Biz mövsüm ərzində bunun mənfi və müsbət cəhətlərini gördük. Mövsümə Hacıyevski ilə başladıq. Bütün seleksiya işlərini o apardı. Hacıyevskinin dövründə transfer olunan futbolçular əksəriyyəti əsas heyətin üzvləridir. Bu da onu göstərir ki, düzgün transfer siyasəti yürüdülüb. Həmçinin, Bülənt Qorxmazın dövründə edilən transferlərin də özünü doğrultduğunu deyə bilərik. Venio, Gürşad Duymuş, Adnan Bərəkət əsas heyətin üzvləridirlər. Hər iki məşqçinin mənfi və müsbət cəhətləri oldu. Hazırkı məşqçi heyəti həmin futbolçuların xidmətindən istifadə edir. Yəni mövsüm ərzində 3 məşqçi dəyişikliyinə əl atmağımıza baxmayaraq, bunun müsbət tərəflərini daha çox gördük. Məşqçi dəyişikliyindən sonra futbolçuların özlərinə inamı artıb. Hər şey yaxşılığa doğru düzəlib. Legionerlərin potensiallarını tam açmağa başladıqlarını düşünürəm. “Bakı” əldə etdiyi nəticələrə özünü sübut edir. Yəni, ötən mövsüm boşuna çempion olmamışdıq. Bu ildə əsas məqsədimiz çempion ünvanımızı qorumaqdır. Bunun alınıb-alınmayacağı mayda bilinəcək.
- Bülənt Qorxmaz məşhur futbolçu olsa da, məşqçi kimi ciddi nailiyyəti yox idi. Qorxmazın baş məşqçi təyin olunmasını reklama atılmış addım kimi qiymətləndirmək olarmı?
- Xeyr. Qətiyyən belə deyil. Biz onu cavan, perspektivli məşqçi kimi dəvət etmişdik. Türkiyənin gənc məşqçiləri Ərtoğrul Sağlam, Bülənt Uyqun uğurlu çıxışları ilə seçilirlər. Biz də Bülənt Qorxmazı bu məqsədlə - gənc olduğu, öz proqramı olan məşqçi kimi “Bakı”nın başına gətirdik. Biz ondan reklam üçün deyil, təcrübəsindən istifadə etmək istəyirdik. Bəzi istəklərimizdə buna nail olduq. Biz onun ən azı mövsümün sonunadək qalmasının tərəfdarı idik. Ancaq bu onun qərarıdır, biz də buna hörmətlə yanaşırıq.
- Bülənt Qorxmazın istefa verməsindən sonra komandanı tanınmayan bir məşqçiyə həvalə etməyiniz riskli addım deyildimi?
- Bülənt Qorxmaz komandaya gələndən Cüneyt Biçer buradadır. Qorxmazın vaxtında Cüneyt futbolçuların statistikasını aparırdı. Yəni kim necə ötürmə edib, neçə kilometr qaçıb, neçə faiz güc sərf etdiyini və s. O bütün futbolçulara bələddir. Kimin nəyə qadir olduğunu çox yaxşı bilir. Biz fikirləşib bu addımı atdıq. Bugünkü gündə mən komandada çox gözəl ab-hava görürəm. Əgər hazırkı məşqçi heyəti özünü təsdiq etsələr, növbəti mövsüm də onlarla birgə çalışacağıq.
- Klub rəhbəri kimi Cüneyt Biçerin gəlişindən sonra komandada müsbət mənada nə kimi dəyişiklik görürsünüz?
- Uşaqlarda özünə inam hissi artıb. Onların gözündə oynamaq arzusu olduğunu görürəm. Komanda yumruq kimi birləşib. Büləntin dövründə meydanda sonacan döyüşən futbolçu görmürdüm. Amma son 3-4 oyunda bunun tam əksinin şahidi oldum. Son oyunlarda “Bakı” 80-ci dəqiqədən sonra 3 qol vurub. Bu birliyin və kollektiv oyunun göstəricisidir.
- “Bakı” həmişə qurduğu güclü heyətlə diqqət çəkir. Növbəti mövsümün transfer siyasətini müəyyənləşdirmisinizmi? Kim qalacaq, kimlər gedəcək?
- Açığı bu barədə danışmaq tezdir. Mövsüm başa çatsın, sonra. Həmişə demişəm ki, “Bakı”da zorla futbolçu saxlayan deyiləm. Kim getmək istəsə, imkan yaradacağıq. Hansı futbolçunun ürəyi “Bakı” ilə döyünəcəksə, qapımız həmişə üzünə açıqdır. Əgər avrokuboklara vəsiqə qazanırıqsa, deməli, Azərbaycanı təmsil edirik. Ona görə də heyəti gücləndirməliyik. Hansı mövqelərdəki zəiflik hiss edəcəyiksə, o mövqeyə oyunçular gətirəcəyik.

0
0