Mahir Şükürov: Çətin vəziyyətdə qalmışam, danışa bilmirəm
20.04.2010 - 23:07
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- Bakıya gəlişiniz nə ilə bağlıdır? Hər turdan sonra vətənə ənənəvi bir günlük səfər, yoxsa?
- Hər oyundan sonra Bakıya gəlməyimin nə xeyri var ki? Bir ay idi ki, gəlmirdim. Həm də anamın ad günü idi. Əsas buna görə gəlmişəm. İki günlük icazə almışam və sabah komandamın hazırlığına qatılacağam.
- Hesabat turunda klubunuz qələbə qazanmağa çox yaxın idi. Hesabı açsanız da, sonradan iki qol buraxaraq, uduzdunuz...
- Evdə oynadığımızdan qələbə qazanmağı çox istəyirdik. Həm də digər komandalar son turda xal itirdiyindən, xal ehtiyatımızı artırmalı idik. Üstəlik, ölkə çempionu “Rubin”lə qarşıdakı çətin oyun öncəsi qələbə bizə çox lazım idi, azarkeşlərimizi sevindirmək istəyirdik. Ancaq buna nail ola bilmədik və xalımız yenə 7-dir. Düzdür, ilk hissədə yaxşı oynamadıq. Fasilədən sonra isə yaxşı təsir bağışladıq və qol imkanlarımız çox oldu. Elə mənim 2-3 imkanım olsa da, yararlana bilmədim. Birində başla vura bilərdim, digər ikisində qapıçı topu çıxardı. 1:0 irəlidə olduğumuz zaman qolun müəllifi olan David Sorayev təkbətək epizodundan istifadə edə bilmədi. Futbolun da belə yazılmamış qanunu var ki, vurmayana vurarlar. “Rostov” qol imkanlarından bizdən yaxşı istifadə etdi və 2:1 hesabı ilə qələbə qazandı. Sözün açığı, qapımıza vurulan 2-ci qolu görmədim. Çünki əvəzlənəndən sonra paltardəyişmə otağına getdim. Bir də eşitdim ki, artıq hesab 2:1-dir.
- Vaxtından əvvəl paltardəyişmə otağınıza getməməyinizə səbəbi nə idi? Zədəli idiz?
- Yox. Oynamaq istəyirdim, baş məşqçi isə məni dəyişdi. Bundan sonra ehtiyat oyunçular skamyasında oturanlarla görüşüb, paltardəyişmə otağına yollandım.
- Baş məşqçiniz Hacı Hacıyev sizdən narazı idi?
- Nə bilim, vallah. Sonradan mənə dedilər ki, qapımıza 2-ci qol mənim cinahımda vurulub. Ancaq açığı, həmin epizodu görməmişəm. Bəlkə də Hacıyev məni əvəzlədiyinə görə peşman ola bilər.
- Bəs siz baş məşqçidən əvəzləməyə görə narazı qaldınız?
- O, baş məşqçidir. Məni dəyişə də bilər, dəyişməyə də. Yəqin ki, nəsə hiss edib, məni əvəzləyib.
- Hacıyev oyundan sonra futbolçularla ciddi söhbət etdiyini bildirib. O, müdafiə və sizin də yer aldığınız yarımmüdafiə xəttindən narazı qaldığını söyləyib...
- Hacıyev fasilədə paltardəyişmə otağında hamımıza irad tutdu. Ancaq ikinci hissədə komanda tamam başqa futbol oynadı. Daha çox hücum etdik və imkanlarımız çox oldu.
- Ümumiyyətlə, Hacıyevin sizə münasibəti necədir?
- Pis deyil. Futbolçu kimi hörmət edir. Mən də onun hörmətini saxlayıram.
- Onun tələbkar olması, sizə problem yaratmır ki?
- Əlbəttə, Hacıyev çox tələbkardır. O, komandanın yaxşı oynamasını istəyir. Biz də onun kimi. Bir də görürsən ki, oyun alınmır. Əgər biz “Rostov”la oyunda qolları vursaydıq, hesab başqa cür ola bilərdi.
- Baş məşqçidə ən çox bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət hansıdır?
- Hacıyevin pis xüsusiyyətləri yoxdur. Hamı ilə yaxşı, sakit davranır. Qışqırmağı yoxdur, səbrlə hərəkət edir. Futbolçu ilə necə danışmaq lazım olduğunu bilir.
- Sizi “Anji”yə transfer edən keçmiş baş məşqçiniz Omari Tetradze ilə müqayisədə fərq çoxdurmu?
- Hər məşqçinin öz xüsusiyyətləri var. Onlar bu mənada bir-birindən fərqlənir. Buna görə də ayrı-seçkilik edə bilmərəm.
- Son oyunlarda, yəni Hacıyevin vaxtında müdafiədən yarımmüdafiənin sağ cinahında keçirilmisiniz. Nəticədə daha çox hücuma qoşulub, qol vurmaq imkanınız olur. Bəlkə başqa problem var?
- Bilirsiniz, “Anji”də başqa cürdür. Burda mənim cinahda yox, daha çox mərkəzdə oynamağı istəyirlər. Yəni, taktikamız yığmadan fərqlənir və buna uyğunlaşmağım lazımdır. Hacıyev deyir ki, cinah oyunçuları ortada oynamalıdır.
- Ancaq siz sağ cinahda oynamağı öyrəşməsiniz. İstər müdafiə, istərsə də yarımmüdafiədə...
- Tamamilə doğrudur. Mən sağda bütün cinah boyu oynamağı öyrəşmişəm. Buna görə də “Anji”də mənə çətinlik olur.
- Milli komandada yenidən öz mövqeyində, sağda oynamalı olacaqsınız. Bu mövqe dəyişikliyi, fərqli mövqelərə uyğunlaşma oyununuzda problem yaratmayacaq ki?
- Özüm də çətin vəziyyətdə qalmışam, heç nə deyə bilmirəm. Başa düşürsünüz, o, baş məşqçimdir. Desəm ki, dediyi mövqedə oynamaq istəmirəm, mənə irad tutacaq. Deyəcək ki, sən necə peşəkar futbolçusan? Buna görə heç nə deyə bilmirəm. Elə alınıb ki, milli komandada və “Anji”də fərqli taktikalarda oynayıram. Fikirləşirəm ki, danışaram, ümumiyyətlə, məni oynatmaz. Bu da var. Məcburam ki, başımı aşağı salıb, oynayım. Sonra deməsinlər ki, Mahir orda da yenə problem yaratdı.
- Bəlkə yığmamızın baş məşqçisi Berti Foqtsla görüşəndə ona mövqe dəyişikliyin haqda məlumat verəsiniz?
- Foqts həqiqətən də “Anji”də oyunuma baxmaq istəyir. Mənimlə əlaqə saxlayıb, oyunlarımızın proqramını istəmişdi. Demişdi ki, gəlib oyununa baxacağam. Hər halda, Foqtsa bu barədə deyəcəm. Görək necə olacaq.

0
0