UEFA Azərbaycan çempionuna təyyarə göndərdi
21.04.2010 - 09:26
UEFA futzal üzrə Azərbaycan çempionu “Araz” klubuna yardım edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumata görə, komandamız İslandiyadakı vulkanla əlaqədar UEFA kubokunun “Dördlər finalı”nın keçiriləcəyi Portuqaliyaya yollanmaqda çətinliklə üzləşmişdi.
Bununla əlaqədar AFFA ilə UEFA arasında aparılan danışıqlar müsbət nəticələnib. Belə ki, UEFA tərəfindən “Araz”ın Lissabona yola düşməsi üçün xüsusi təyyarə reysi ayrılıb. Çempionumuz bu gün Portuqaliyaya yollanacaq.
Qeyd edək ki, “Araz” aprelin 23-də yarımfinal oyununda UEFA kubokunun son qalibi olan İspaniyanın “İntervyu” klubu ilə görüşəcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0