Almaniya yığması dünya çempionatına əsas qapıçısız gedir
21.04.2010 - 09:39
Almaniya yığması dünya çempionatının final mərhələsinə əsas qapıçısız yollanmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna “Bayer” klubunda çıxış edən Rene Adlerin zədələnməsi səbəb olub.
31 yaşlı qapıçı Bundesliqanın 31-ci turunun “Ştutqart”la qarşılaşmasında aldığı xəsarət üzündən CAR-a gedən heyətdən kənarda qala bilər. Müayinə göstərib ki, Renenin qabırğası qırılıb. Bu zədədən sonra onun nə vaxt tam bərpa olunacağı dəqiq bilinmir.
Final mərhələsindən kənar qalacağı halda, Adler sentyabrda start götürəcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyunlarını, eləcə də sentyabrın 7-də Azərbaycanla görüşü buraxa bilər.
Adlerə qədər də bir sıra tanınmış futbolçuların mundial arzusunun üstündən xətt çəkilib. İngiltərənin Afrikada Devid Bekhemin xidmətindən məhrum olacağı dəqiqdir. Fernando Torresin də İspaniya yığmasına kömək edə bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, CAR-dakı dünya çempionatı iyunun 11-də start götürəcək.

0
0