“Barselona”nın baş məşqçisi üçün antirekord
21.04.2010 - 09:52
“Barselona”nın baş məşqçisi üçün antirekord
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola ağır zərbə alıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu kataloniyalılar üçün antirekordla əlamətdar olub.

Belə ki, İspaniya təmsilçisi 39 yaşlı mütəxəssisin komandaya rəhbərliyi dövründə ən ağır məğlubiyyətini alıb. İtaliyanın “İnter” klubu ilə səfər matçında 1:3 hesabı ilə uduzan “Barselona” Qvardiolanın iş başında olduğu əvvəlki 114 görüşdə ən pis halda, bir top fərqi ilə uduzurdu. Lakin 1996-2000-ci illərdə Kataloniya təmsilçisində tərcüməçi işləmiş Joze Maurinyonun yetirmələri ispan məşqçinin seriyasını dayandırdı.

Qeyd edək ki, “Barselona” və “İnter” arasında cavab oyunu aprelin 28-də keçiriləcək.