“Birlik kuboku” turnirinin məkanı yenidən dəyişdirilir
21.04.2010 - 10:06
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin məkanı yenidən dəyişir. Apasport.az saytının məlumatına görə, ruslar 18 ildir təşkil etdikləri turniri Moskvadan kənara çıxarmaq istəyir.
Rusiya Futbol İttifaqının yeni prezidenti Sergey Fursenko bildirib ki, “Birlik kuboku” gələn il böyük ehtimalla paytaxtda keçirilməyəcək: “Biz Rusiyada futbolun təbliğatı üçün bütün imkanlardan istifadə etməyə çalışırıq. Bütün kuboklar – Rusiya kuboku, Superkuboku, həmçinin “Birlik kuboku” Moskvada kənarda keçirilmək şansına malikdir. Məlum olduğu kimi, Rusiya kubokunun cari mövsümün finalı Rostovda baş tutacaq”.
Qeyd edək ki, “Birlik kuboku” indiyədək yalnız bir dəfə Moskvada keçirilməyib. Özü də 2008-ci ilin yanvarında Sankt-Peterburq şəhərində keçirilən həmin turnir Azərbaycan klubuna düşərli olub. Belə ki, “Xəzər-Lənkəran” debüt etdiyi “Birlik kuboku”nun qalibi oldu.

0
0