Azərbaycan yığması Hollandiya, İngiltərə və İspaniya ilə bir yerdə
21.04.2010 - 10:18
Azərbaycan milli komandasının gələn ayın sonunda Avstriyada start götürəcək təlim-məşq toplanışı yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, avstriyalı həmkarlarımız Berti Foqtsun yetirmələrini dağlar qoynuna aparmasına biganə qalmayıb.
Bir sıra futbol yığmalarının ölkəyə axınını nəzərə alan mərkəzi avropalılar hansı komandaları qəbul edəcəklərini araşdırıb. Məlum olub ki, CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinin 9 iştirakçısı da Azərbaycan millisinin tutduğu yola üstünlük verib. Onlardan biri - Honduras iyunun 2-də Foqtsun yetirmələri ilə üz-üzə gələcək.
Mərkəzi amerikalılardan başqa, CAR-ın yüksəkliklərinə uyğunlaşmaq üçün Avstriyaya üz tutacaq finalçılar arasında son Avropa çempionu İspaniya da olacaq. Pireneylilər kimi, Hollandiya və İngiltərə kimi tanınmış yığmalar da Alp dağları istiqamətinə üz tutublar. Cənubi Koreya, Yaponiya, Slovakiya, Serbiya, Kamerun millilərinin də eyni səmtdə hərəkət edəcəyi dəqiqləşib. Avstriyalılar mundial iştirakçılarından daha bir neçəsinin onların qonağı olacağını gözləyir. Çünki qonşu Almaniyada məskunlaşacaq millilərin də sərhədi keçməsi mümkündür.

0
0