Berti Foqts: Bu, futbolçular üçün də maraqlıdır
21.04.2010 - 11:42
“Hazırda keçirdiyimiz seleksiya xarakterli təlim-məşq toplanışında milli komandaya hansı futbolçuların layiq olduğunu müəyyənləşdirməmişik. Bunu sabah hazırlıq prosesi başa çatandan sonra məşqçilər heyəti ilə birgə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Bu gün mətbuat üçün açıq məşq keçirən alman mütəxəssis ardından jurnalistlərin sualları cavablayıb. Foqtsun sözlərinə görə, seleksiya xarakteri daşıyan təlim-məşq toplanışında seçimi köməkçiləri ilə birgə təhlildən sonra edəcək: “Bəzi futbolçuların 3 gündən bir oyun keçirməyə gücü çatmırdı. Bu gənc oyunçular öz klublarında oynamağa hazırdırlar. Onların bəzisindən razı, bəzilərindən narazıyam. Milli komandaya daha layiq olanları müəyyənləşdirəcəyik. Keçdiyimiz məşqlər futbolçuların özləri üçün də maraqlıdır və klublarında da bunun xeyri olacaq. Özü də bu məşqləri meydança olmadan fərdi qaydada da, evdə etmək olar. Ümid edirəm ki, futbolçular da evdə tapşırdığımız hazırlığı keçəcək”.
Foqts bildirib ki, bu təlim-məşq toplanışı cari mövsüm üçün sonuncudur və davamı növbəti mövsümdə olacaq: “İnanmıram ki, bu mövsüm daha belə təlim-məşq toplanışımız olsun. Sözsüz ki, futbolçular milliyə layiq olduqlarını ilk növbədə öz klublarında göstərməlidir. İnanıram ki, belə də olacaq”.

0
0