“İnter” futbolçuları arasında yumruq davası
21.04.2010 - 11:55
“İnter” futbolçuları arasında yumruq davası
Çempionlar Liqasının ilk yarımfinal oyunu qalmaqalla nəticələnib. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə qarşılaşmada qalib gələn (3:1) “İnter” klubunun azarkeşləri ilə Mario Ballotelli arasında xoşagəlməz hadisə yaşanıb.

İtaliyalı fanatlar zəif oynadığı üçün gənc futbolçunu fitə basıblar. 80 minlik auditoriyanın qarşısındakı durumu isə Marionu özündən çıxarıb. Azarkeşlərə təhqiramiz jest edən futbolçu formasını çıxararaq, paltardəyişmə otağına yollanıb. Onun komanda yoldaşları ilə birlikdə qələbəni bayram etmək əvəzinə azarkeşlərə “hamınız it balasısınız” deməsi, həmkarlarına da təsir edib. 4 il əvvəl əfsanəvi Zinəddin Zidanın özündən də məşhur kəllə zərbəsinə tuş gələn Marko Materatsinin də əsəbləri dözməyib. Təcrübəli müdafiəçi Balotellini qovaraq, tribunaların altında yaxalayıb. Burda isə futbolçular arasında yumruq davası olub.

Qeyd edək ki, “İnter” klubunun baş məşqçisi Joze Maurinyo indiyədək bir neçə dəfə Marionu məşqlərdən kənarlaşdırıb. Lakin hər dəfə Qana əsilli futbolçu üzr istəməklə, geri dönüb.