“Qarabağ” zədəli futbolçu ilə 2 il müddətinə müqavilə bağladı
21.04.2010 - 13:07
“Qarabağ” zədəli futbolçu ilə 2 il müddətinə müqavilə bağladı
“Burda özümü rahat hiss edirəm. Bu komanda ilə ölkə kubokunun qalibi olmuşam. Klubla müqaviləmin müddəti bu yayda başa çatırdı. Amma bu günlərdə daha 2 illik müqaviləyə imza atdım”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

27 yaşlı yarımmüdafiəçi ciddi təklif alacağı halda, ölkə xaricinə gedəcəyini istisna etməyib: “Qarabağ” rəhbərliyi futbolçularının ölkə xaricinə çıxmasına mane olmur. Müqaviləyə qol çəkəndə demişəm ki, təklif gələcəyi halda, Azərbaycandan gedəcəyəm. Ancaq hələlik bütün planlarım "Qarabağ"la bağlıdır. Ölkə xaricinə getmək arzumu hələ təxirə salmışam”.

Qeyd edək ki, 2009-cu ilin qışında “Qarabağ”a keçən Sadiqov hazırda zədəli olduğundan milli komandanın son iki təlim-məşq toplanışına qatılmayıb.