Unibank Premyer Liqasının formatının dəyişdiriləcəyi tarix müəyyənləşdi
21.04.2010 - 13:58
Unibank Premyer Liqasının formatının dəyişdiriləcəyi tarix müəyyənləşdi
AFFA-nın İcraiyyə Komitəsi növbəti iclasına hazırlaşır. Apasport.az saytının xəbərinə görə, aprelin 27-də, saat 18:00-da Park İnn otelində keçiriləcək toplantıda əsas müzakirə obyekti Premyer Liqanın yeni formatı ilə bağlı olacaq.

Bu isə o deməkdir ki, çoxlu müzakirələrə səbəb olan “altılıq” sistemi çox güman dəyişdiriləcək. Bundan başqa, lisenziyalaşdırma prosesi ilə tanışlıq və digər məsələlər də iclasın gündəliyinə daxildir.

Qeyd edək ki, həmin gün eyni məkanda AFFA ilə “Access Bank” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə də imzalanacaq.