“Qarabağ”da fikir ayrılığı
21.04.2010 - 14:05
“Komandamızda həmişə döyüşkən ruh olub. Əlbəttə, “altılıq”da istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunda müəyyən səbəblər var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.
37 yaşlı yarımmüdafiəçi klubunun rəsmi internet saytına verdiyi açıqlamada Unibank Premyer Liqasının XXVIII turundan sonra çətin vəziyyətə düşmələrinin səbəbini izah edib. Kərimovun fikrincə, günah ilin-ayın bu vaxtı təlim-məşq toplanışı keçirmək qərarına gələn Berti Foqtsda yox, elə özlərindədir: “İlk növbədə özümüzdə səhv axtarmalıyıq”.
Xatırladaq ki, Unibank Premyer Liqasının XXVIII turunda “Bakı”ya 1:4 hesabı ilə uduzduqdan sonra “Qarabağ” rəhbərliyi məğlubiyyətin səbəblərini kənarda axtarmağa başlamışdı. Həm baş məşqçi Qurban Qurbanov, həm də klubun direktoru Əmrah Çəlikəl dolayısı ilə çempionatın həlledici mərhələsində yığmanın toplanış keçirməsinin düzgün olmadığını bildirmişdilər. Onlar futbolçularının klubla deyil, yığma ilə hazırlıq keçməsinin “Qarabağ”ın məğlubiyyətinin səbəbi kimi göstərmişdilər.

0
0