Ponomaryov: Milli komandada oynamağa hazıram
21.04.2010 - 14:12
“Uzun müddət futbol oynamadıqdan sonra “Orduspor”a keçdim. Bu komandada yaxşı oynayıram. Ona görə də yığmadan dəvət gözləyirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov deyib.
Ötən qış Türkiyənin birinci divizion komandası “Orduspor”a keçən 28 yaşlı futbolçu hazırda Bakıda yığmamızın seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edir: “Hesab edirəm ki, millidə oynamağa hazıram. Əsas heyətə nə vaxt qayıdacağımı bilmirəm. Buna baş məşqçi qərar verir. Karyeramı yenidən Azərbaycanda davam etdirəcəyimi isə indidən deyə bilmərəm. Ailəm üçün Türkiyədə yaşamaq çətindir. Amma məni “Orduspor”da futbol mənasında hər şey qane edir”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0