Honduras yığmasında Azərbaycanla oyun öncəsi milliləşdirmə
23.04.2010 - 10:17
Honduras yığmasının baş məşqçisi Reynaldo Rueda Azərbaycanla yoldaşlıq görüşünə yeni ampluada çıxacaq. Apasport.az saytının məlumatına görə, kolumbiyalı mütəxəssisə işlədiyi ölkənin vətəndaşlığı verilib. Özü də Honduras prezidenti Porfirio Lobonun bu qərarı təmtəraqla elan olunub.
Lobo 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə çıxan milli komandalarına dəstək verəcəyini də bildirib. Ölkə başçısı vaxt azlığına baxmayaraq, Hondurasın DÇ-2010-da Çili ilə ilk görüşünü izləmək üçün məsul turnirin keçiriləcəyi Cənubi Afrika Respublikasını yollanacağını bildirib.
Qeyd edək ki, Venesuela yığmasına yoldaşlıq görüşündə 0:1 hesabı ilə uduzan honduraslılar DÇ-2010-a əsas hazırlığı mayın əvvəlində Almaniyada başlayacaq. Həmin vaxt Ruedanın açıqlayacağı 23 nəfərlik heyət təkcə Azərbaycan yığması, Belarus və Rumıniya ilə Avstriyadakı yoldaşlıq görüşlərinin yox, final mərhələsinin iştirakçısı olacaq. İndi Ruedanı əsas qayğılandıran komandanın lideri David Suasonun zədə üzündən DÇ-2010-u buraxması ehtimalının böyük olması ilə bağlıdır. Baş məşqçinin sözlərinə görə, DÇ-2010-a siyahını bu gün müəyyənləşdirməli olsaydı, İtaliyanın “Cenoa” klubunda çıxış edən təcrübəli hücumçu yüz faiz kənarda qalacaqdı.

0
0