Cüneyt Biçər: “Neftçi”ni məğlub edəcəyimizə inanıram
23.04.2010 - 10:33
Cüneyt Biçər: “Neftçi”ni məğlub edəcəyimizə inanıram
“Komandamız “Neftçi” ilə görüşə tam hazırdır. Matçın başlama vaxtını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.

35 yaşlı mütəxəssis klubun internet saytına verdiyi açıqlamasında Unibank Premyer Liqasının XXIX turunu da 3 xalla bitirmək istədiklərini açıqlayıb. Biçər yetirmələrinin “Neftçi” ilə bugünkü oyunda da istəklərinə çatacağına inanır: “Komandada hər hansı bir çatışmazlıq, problem yoxdur ki, bu da bizi sevindirməyə bilməz. “Neftçi” ötən turda “İnter” kimi güclü rəqibi məğlub etməyi bacardı. Ümumiyyətlə, ilk “altılıq”da qərarlaşan komandaların heç biri zəif deyil. Amma biz də təslim olmaq fikrində deyilik. Ötən turlarda iddialı rəqiblərimizdən üstün olduq. “Neftçi” ilə qarşılaşmada da qələbə qazanacağımıza inanıram”.

Qeyd edək ki, “Bakı” – “Neftçi” oyunu saat 17:15-də başlayacaq.