Heç-heçələr həftəsi
23.04.2010 - 18:52
Unibank Premyer Liqasının XXIX turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk iki matçda ikinci “altılıq”da mübarizə aparan komandalar üz-üzə gəliblər.
Nisbətən zəif olan klublar elə meydanda da statusunu doğruldub. Belə ki, 4 komandadan heç biri qol vura bilməyib. “Olimpik-Şüvəlan”la “Simurq”, “Turan”la “Standard” meydanı qolsuz, lakin 1 xalla tərk ediblər.
Mükafatlar uğrunda mübarizə aparanlar da “sülh”lə ayrıldı. Paytaxt derbisində “Bakı” və “Neftçi” hərəyə 1 qol vurdu. İlk iki pillədə qərarlaşan “Xəzər-Lənkəran”la “İnter”in “zirvə döyüşü”ndə isə rəqiblər daha məhsuldar oldu. 4 qolu bərabər bölən klublar hərəyə cəmi bir xal qazandı.
“İkinci” altılıqda autsayder “Karvan” Salyanda “Muğan” klubunun qonağı olub. Olduqca maraqlı keçən qarşılaşmanın ilk yarısında Yevlax təmsilçisi rəqibin qapısından 3 cavabsız top keçirib. Fasilədən sonra daha iki qol və bir qırmızı vərəqə qeydə alınıb. Məğlubiyyətlə barışmayan meydan sahibləri 50-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıblar. 13 dəqiqə sonra baş hakim qonaqların qapısına penalti təyin edir və “Muğan” hesabı minimuma endirir. Matçın son dəqiqələrində “Karvan” daha bir zərbə alır. Baş hakim qonaqların heyətində Markos Farreyra və Elxan Cəbrayılovu önündə qırmızı vərəqə görür. Amma 2 nəfər azlıqda qalmasına baxmayaraq, Yevlax təmsilçisi qələbə hesabını qoruyub. Bu, “Karvan”ın ikinci “altılıq”da ilk qələbəsi olub.
Ötən tur “Bakı”dan ağır məğlubiyyət alan “Qarabağ” isə bu dəfə də qələbə qazana bilməyib. Ağdam təmsilçisi 10-cu dəqiqədə hesabı açsa da, tezliklə tarazlıq bərpa olunub. Kənan Kərimovun 18-ci dəqiqə penaltidən vurduğu qol, oyunda sonuncu olub.
23 aprel
"Olimpik-Şüvəlan" - "Simurq" - 0:0
Bakı. "Şəfa" stadionu
Cari çempionatdakı oyunlar – 0:3, 0:2, 4:2
"Turan" - "Standard" - 0:0
Tovuz. Şəhər stadionu
Cari çempionatdakı oyunlar – 3:0, 1:1, 2:3
64-cü dəqiqədə Huqo Maçado (Standard) penalti zərbəsindən yararlana bilməyib.
"Bakı" - "Neftçi" - 1:1
QOLLAR: Ernad Skuliç, 14 - Vladimir Voskoboynikov, 87
QIRMIZI VƏRƏQƏ: Venio (Bakı), 48
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari çempionatdakı oyunlar – 0:2, 1:1, 0:1
"Xəzər-Lənkəran" - "İnter" - 2:2
QOLLAR: İvan Svetkov, 45 (p); Emeka Opara, 89 - Branislav Çervenko, 15; Robertas Poşkus, 52
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari çempionatdakı oyunlar – 1:0, 1:1, 0:1
24 aprel
"Muğan" - "Karvan" - 2:3
QOLLAR: Samura Kabba, 50; Elnur Abdullayev, 63 (p) – Şəhriyar Rəhimov, 4; Rövşən Əmiraslanov, 21; Xaqani Məmmədov, 35
QIRMIZI VƏRƏQƏLƏR: Markos Farreyra, (86), Elxan Cəbrayılov (89)
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 1:0, 1:1, 0:0
"Qarabağ" - "Qəbələ" - 1:1
QOLLAR: Rauf Əliyev, 10 – Kənan Kərimov, 18 (p)
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar – 0:0, 1:1 və 1:3
Bombardirlər: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 12; Adrean Neaqa (Neftçi) – 11

| komandalar | o | q | h | m | t | x |
1 | "Xəzər-Lənkəran" | 17 | 6 | 8 | 3 | 18-11 | 26 |
2 | "İnter" | 17 | 6 | 7 | 4 | 18-17 | 25 |
3 | "Bakı" | 17 | 6 | 6 | 5 | 18-14 | 24 |
4 | "Qarabağ" | 17 | 4 | 8 | 5 | 13-17 | 20 |
5 | "Neftçi" | 17 | 4 | 8 | 5 | 11-12 | 20 |
6 | "Qəbələ" | 17 | 3 | 7 | 7 | 16-23 | 16 |
| |||||||
7 | "Olimpik-Şüvəlan" | 17 | 8 | 5 | 4 | 24-15 | 29 |
8 | "Simurq" | 17 | 7 | 7 | 3 | 18-13 | 28 |
9 | "Turan" | 17 | 6 | 7 | 4 | 22-19 | 25 |
10 | "Muğan" | 17 | 5 | 6 | 6 | 12-13 | 21 |
11 | "Standard" | 17 | 5 | 4 | 8 | 16-21 | 19 |
12 | "Karvan" | 17 | 2 | 7 | 8 | 13-24 | 13 |

0
0