Emin İmaməliyev: Onlar istefa şüarlarını səsləndirməli idilər
23.04.2010 - 11:00
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyevin apasport.az saytına müsahibəsi
- Qarşıda komandanızı “Qəbələ” ilə çətin oyun gözləyir. Görüşə hazırlıq necə gedir?
- İlk “altılığ”ın oyunları həqiqətən də çətin keçir. Biz həmişə olduğu kimi, yüksək səviyyədə hazırlaşırıq. “Bakı”ya məğlubiyyəti çətin də olsa, unutmuşuq. “Qəbələ” ilə qarşılaşmada ancaq qələbə üçün mübarizə aparacağıq.
- Son vaxtlar meydanda az görünməyinizin səbəbi nədir?
- Elə bir səbəb yoxdur. Əvvəl zədə ilə bağlı problemim vardı. İndi aradan qalxıb. Özümü gümrah hiss edirəm, məşqlərdə səylə çalışıram.
- Komandanızın heyətində itkilər var. Baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə matçda sizi meydana buraxacaqmı?
- İndidən nəsə demək çətindir. Baş məşqçinin seçiminə qarışmaq ixtiyarım yoxdur. Onun fikrinə hörmətlə yanaşıram. Məncə, futbolçu meydana çıxıb oynamağa hər zaman hazır olmalıdır. Hər saniyəni dəyərləndirmək lazımdır.
- "Qarabağ"ın ilk "altılıq"dakı çıxışı sabit deyil. Nəticələrin qənaətbəxş olmaması nə ilə bağlıdır?
- Konkret misal göstərmək çətindir. Məncə, uğursuzluq təkcə bizdə deyil. Elə "İnter" də yaxşı nəticə əldə edə bilmir. Fikrimcə, bizim oyuna nəticəyə görə qiymət vermək düzgün olmaz. Biz baxımlı oyun nümayiş etdiririk.
- "Bakı"ya ağır məğlubiyyətinizi Berti Foqtsun toplanış keçməsi ilə əlaqələndirdilər...
- Razıyam ki, klublar yığma komanda üçün çalışmalıdır. Çünki klub hansısa rayonu və ya şəhəri, milli komanda isə ölkəni təmsil edir. Fikrimcə, çempionatın belə qızğın vaxtında 3 günlük toplanış çağırmaq düzgün deyil. Çempionatın başa çatmasına az qalıb. Bundan sonra futbolçular Foqtsun ixtiyarında olacaq. Nə qədər istəyirsə, o qədər də məşq keçsin. Təsəvvür edin, 7 futbolçumuz yalnız hazırlığın son günündə bizimlə oldu. Bakıdan Quzanlıya 4-5 saat yol gəlmişdilər, məşqi yorğunluq fonunda keçirdilər. Bu, nəticəyə istər-istəməz təsir göstərdi.
- 1:4 hesablı məğlubiyyətdən sonra azarkeşlər Qurban Qurbanovu istefaya çağırdılar. Onlar haqlı idilər?
- Azarkeşlər Quzanlıda keçirilən hər oyuna baxırlar. Dəstək verdikləri üçün onlara təşəkkür edirəm. Fikrimcə, azarkeşlər arasında öyrədilmiş adamlar vardı. Onlar bir şey olan kimi istefa şüarlarını səsləndirilməli idilər, səsləndirdilər də. Düzdür, azarkeş dəstəyi və qınağı nəzərə çarpan amillərdəndir. Məncə, Qurbanovun istefaya çağırılması tam yanlış addımdır. Bütün bunlara baxmayaraq, azarkeşlərdən yenə dəstək gözləyirəm.
- “Altılığ”ın ilk oyununda səfərdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzdunuz. Quzanlıda elə bu hesabla da qalib gəlmək mümkündürmü?
- Bu, futboldur. Qələbəyə köklənsək də, əvvəlcədən hesab demək çətindir. Amma bu oyun, o oyundan olmayacaq.
- Hazırda liderlə “Qarabağ” arasında 6 xal fərq var. Çempionluq əlçatmaz görünmür ki?
- Əsas məqsəd avrokuboklara getməkdir. Düzdür, arada xal fərqi var. Amma nəzərə almaq lazımdır ki, ilk “altılıq”da zəif komanda yoxdur və hamı bir-biri ilə görüşməlidir.
- Bəziləri deyir ki, Vaqif Cavadov qalsaydı "Qarabağ" indi daha yuxarı pillələrdə yer alardı. Bu fikirlə razısınız?
- Düzdür, Vaqif yaxşı futbolçudur. Lakin "Qarabağ" fərdlər üzərində qurulmayıb. Bir nəfərin yoxluğu kollektivin zəifləməsi ilə nəticələnə bilməz. İnşallah, bizim uğurlu illərimiz qabaqdadır. Bu mövsüm olmasa da, gələn il çempionluğa oynayarıq.
- Belə başa düşdük ki, "Qarabağ"da qalmaq istəyirsiniz...
- Elədir. Artıq 2 ilə yaxındır ki, bu komandanın formasını geyinirəm. Belə mehriban kollektiv tapmaq çətin məsəldir. Düzdür, rəhbərliklə, məşqçilər korpusu ilə aramızda pərdə var. Müqaviləm maya qədər nəzərdə tutulmuşdu. Bu yaxınlarda yeni müqavilə barəsində görüşümüz oldu. Artıq razılıq əldə edilib. İnşallah, qarşıdakı iki ildə də bu komandanın uğurları üçün çalışacağam.
- Karyeranızı elə bu klubda da bitirə bilərsənmi?
- Niyə də olmasın?

0
0