“Karvan”: Salyandan I diviziona?
23.04.2010 - 11:49
“Karvan”: Salyandan I diviziona?
Sabah Yevlaxın “Karvan” klubunun Unibank Premyer Liqasında taleyinə aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun çalışdırdığı komandanın I diviziona düşməsi böyük ölçüdə Salyanda “Muğan”la oyunda rəsmiləşəcək.

Bunun üçün meydan sahiblərinin məğlub olmamağı kifayətdir. Yəni, son pillədə gedən “Karvan” sabah qələbə qazana bilməzsə, I divizionun qapıları üzünə açılacaq. Final mərhələsində qələbə üzünə həsrət qalan yeganə komanda olan “Karvan”ın “Muğan”ı cari mövsümdə məğlub edə bilməməyi də proqnozların doğrulacağını deməyə əsas verir.

Qeyd edək ki, komandalar arasında keçirilən 3 oyunun birində “Muğan” qalib gəlib, ikisi heç-heçə bitib.