“Türkiyədə Hiddinkin qazancından xəbər tutsalar, hamı şoka düşər”
23.04.2010 - 11:56
“Türkiyədə Hiddinkin qazancından xəbər tutsalar, hamı şoka düşər”
“ProSportsManagement” şirkətinin prezidenti German Tkaçenko Türkiyə yığmasının yeni baş məşqçisi Qus Hiddinkin əməkhaqqısı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Tkaçenkonun bildirib ki, hollandiyalı mütəxəssis Rusiyadakı maaşından da çox məvacib alacaq.

“Hiddinkin Çindən gələn təklifi qəbul edəcəyini düşünürdüm. Çünki həmin ölkənin futbol federasiyası hollandiyalı mütəxəssisə istədiyi məbləği ödəməyə hazır idi. Deməzdim ki, onun Türkiyədə qazancı Rusiyadakından aşağı olacaq. Yadınızdadırsa, Hiddink Rusiya yığmasına təyin olunan zaman keçirdiyi ilk mətbuat konfransında maaşının 2 milyon avro olduğunu dilə gətirmişdi. Əgər Türkiyədə bilsələr ki, onun oradakı əməkhaqqısı nə qədərdir, hamı şoka düşər”.

Advokatın Rusiya millisinə mümkün keçidi barəsində danışarkən Tkaçenko bildirib ki, bunu məqsədə uyğun sayır: “O, Avropa futbolunun qiymətini bilir və Rusiya futboluna yaxından bələddir. Mənə elə gəlir ki, federasiya onu hər bir şeylə təmin edəcək”.