Tuncay Şanlı klubunu dəyişir
23.04.2010 - 12:05
Tuncay Şanlı klubunu dəyişir
“Stok Siti”nin türkiyəli futbolçusu Tuncay Şanlı mövsümlərarası fasilədə klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində “Vest Bromviç” maraqlıdır.

“Vest Bromviç”in baş məşqçisi Roberto di Matteo Tuncayın transfer edilməsi üçün əllərindən gələni edəcəklərini açıqlayıb: “Tuncayı “Midlsbro”da oynayan zaman onun oyunlarını izləyirdim. Düşünürəm ki, türk futbolçu bizim komandaya çox fayda verə bilər. Bu səbəbdən onun transfer edilməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

Qeyd edək ki, Tuncay “Stok Siti”nin heyətində cari mövsümdə Premyer Liqada 27 qarşılaşmada 4 qola imza atıb.