Rafael Əmirbəyov: Vəziyyət bu cür davam edərsə...
23.04.2010 - 12:20
“Bülənt Korkmaz yeri gəldi-gəlmədi uşaqların üstünə qışqırırdı. Verilən tapşırıqlar çox vaxt futbolçularımıza çatmırdı. Elə bu səbəbdən də oyunumuz alınmırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Rafael Əmirbəyov deyib.
34 yaşlı müdafiəçi komandasının sabiq baş məşqçisi Bülənt Korkmazın istefasından sonra əldə olunan uğurlu nəticələrin sirrini açıqlayıb. Cari mövsümü heyətdəki yerini itirərək ehtiyat oyunçular skamyasında qalan Əmirbəyov türkiyəli mütəxəssisin iş prinsipindən narazı qaldığını bildirib: “Korkmazın vaxtında adətən heç-heçə edirdik. Qələbəni isə 1 qolla qazanırdıq. İndi bu problemlər aradan qaldırılıb. Bu gün futbolçular baş məşqçinin meydanda onlardan nə istədiyini gözəl bilirlər. Belə olan təqdirdə, biz də öz işimizi görməyə çalışırıq. Qorxmazın vaxtında komandada qruplaşmadan söhbət gedə bilməz. Sadəcə, rəqabət, demək olar, yox dərəcəsində idi. İlk gündən 11 nəfəri seçdi və bütün oyunlarda onlara güvəndi. Daha zəif oynadığına görə ehtiyatda qalacağını düşünən yox idi. Uddu, uduzdu meydana yenə eyni heyəti buraxırdı. Futbolçularda arxayınçılıq yaranmışdı. Bilirdilər ki, Qorxmaz növbəti qarşılaşmada da onlara şans verəcək. İndi vəziyyət fərqlidir”.
Əmirbəyov uzun illər şərəfini qoruduğu komandada ehtiyatda qalmağa da razıdır. Onun fikrincə, oynamamağı ilə bağlı suala baş məşqçi cavab verə bilər: “Mən özümü daim formada saxlayıram. Məşqlərdə maksimum dərəcədə çalışıram. Heç kimdən də zəif deyiləm. Ola bilsin, ardıcıl qələbələrə görə məşqçilər heyəti qalib komandanı dəyişməyə ehtiyac görmür. Bu barədə baş məşqçi ilə söhbət etmişəm. Şans verəcəyini deyib. Hələlik uşaqlar sabit çıxış edir. Vəziyyət bu cür davam edərsə, komandadan ayrılmağı düşünmürəm, şansımı gözləyəcəyəm. Bu tək mənim başıma gəlməyib. Elə futbolçular var ki, illərlə ehtiyatda oturur, sonradan oynamaq şansı qazanır”.

0
0