Mahir Şükürova Kazanda oynamağa icazə verdilər
23.04.2010 - 13:45
Mahir Şükürova Kazanda oynamağa icazə verdilər
Rusiya Futbol İttifaqı və Premyer Liqasının rəhbərliyi iki gün əvvəl verdiyi qərarı dəyişib. Apasport.az saytının məlumatına görə, “Rubin” və “Krılya Sovetov” klublarının ev oyunlarını müvafiq olaraq, Kazan və Samarada keçirməsinə icazə verilib.

Bu stadionları yoxlayan zaman ot örtüyünün bərbad olmasını nəzərə alan qurumlar klublara başqa meydança axtarmağı tapşırmışdı. Arenaların təkrar yoxlanışından sonra ot örtüyünün normal vəziyyətə gətirildiyi məlum olub. Komandaların Rusiya çempionatının VII turunu öz meydanlarında oynamasında problem qalmayıb. Ardıcıl iki ildir ölkə çempionu olan “Rubin”in Kazanda oynaması Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürova da təsirsiz ötüşməyib. Belə ki, kazanlıların növbəti turdakı rəqibi olan Mahaçqala təmsilçisinin harada oynayacağı ilə bağlı qeyri-müəyyənlik başa çatıb.

Qeyd edək ki, Mahir və komandası “Rubin”lə bazar günü qarşılaşacaq.