“Omari Tetradze qalsaydı, “Anji”yə keçidim baş tutardı”
23.04.2010 - 14:15
“Rəhbərlik mənə 2 illik müqavilə təklif edib. Şərtləri əvvəlkindən daha yaxşıdır. Nizam-intizamla bağlı üzləşdiyim problemdən sonra da məni saxlamaqda maraqlıdırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
İl yarımdır şərəfini qoruduğu komanda ilə müqaviləsi cari mövsümün sonunda bitəcək 27 yaşlı futbolçu gələcək karyerası ilə bağlı hələ qərar verməyib. Azərbaycan yığmasında komanda yoldaşı olan Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubuna keçmək istəyən Elnurun sözlərinə görə, yeni baş məşqçi Hacı Hacıyevin gəlişi planlarını pozub: “Əvvəlki baş məşqçi Omari Tetradze qalsaydı, bu komandaya keçidim demək olar baş tutmuşdu. Artıq məsələni danışıb, razılaşmışdıq. Tetradze qışda “Anji” ilə Türkiyədə keçirdiyimiz yoxlama matçında oyunumu bəyənmişdi. Demişdi ki, səni komandaya götürməyimizə problem yoxdur. Belə qərara gəldik ki, yayda klubumla müqaviləm bitən kimi “Anji”yə keçəcəyəm. Ancaq orada baş məşqçi dəyişikliyi vəziyyəti dəyişdi. Yeni təyin olunan Hacı Hacıyev komanda ilə tanış olur. İndi dəqiq bilmirəm ki, yayda “Anji”yə gedişim baş tutacaq, ya yox. Şəxsi menecerim olmasa da, hər halda, Rusiya klubları ilə əlaqədə olan menecerlər bu məsələnin üzərində çalışırlar”.
İndiyədək karyerasını yalnız vətəndə keçirən Allahverdiyev ölkədən kənarda da özünü sınamaq istəyir: “İstərdim ki, xarici klubda da oynayım. Bunda özümdə güc hiss edirəm. Özü də Rusiyada çıxış etməyi daha çox arzulayıram. Fikrimcə, orada oyunum daha yaxşı alınar. Çünki Rusiyada güc futboluna, fiziki hazırlığa, meydanda mübarizəyə daha çox fikir verirlər. Mənə belə oyun daha yaxındır. Türkiyə variantı da var. Ancaq Rusiya klubuna keçidim daha real ola bilər. Seçim etmədiyim üçün “Qarabağ”a anlaşmanı uzatmaqla bağlı hələ müsbət cavab verməmişəm. İnşallah, işlərim yaxşı alınar. Mövsümün sonuna az qalıb və bir müddət sonra qəti qərar verəcəyəm”.

0
0