Elnur Allahverdiyev Avroliqada oynamaq istəyir
23.04.2010 - 23:01
Elnur Allahverdiyev Avroliqada oynamaq istəyir
“Həqiqətən də, “Qəbələ” ilə cari mövsümdə oyunlarımız alınmır. Bu komandaya qarşı sindromumuz var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.

Unibank Premyer Liqasının XXIX turunda bu gün qəbul edəcəkləri “Qəbələ”ni arzuolunmaz rəqib hesab edən Allahverdiyev çətin vəziyyətdə olduqlarını bildirib: “İndi bizim üçün fərqi yoxdur, “Qəbələ” yaxud başqa rəqiblə görüşürük, mütləq qalib gəlməliyik. Yalnız bununla komandamız özünəinamını, qələbə ruhunu qaytara bilər. Üstəlik, “Qəbələ” ilə oyunlarımızın çətin keçdiyini nəzərə alaraq, görüşə ciddi hazırlaşırıq. İndi bizə 3 xal çox lazımdır”.

Elnur bildirib ki, ötən yay olduğu kimi, Avroliqaya çıxıb uğurlu çıxış etmək arzusundadır: “Avrokuboklara çıxmağa yaxşı şansımız var. Çox istərdim ki, yenə Avroliqada vəsiqə qazanıb, keçən ildəki uğurumuzu təkrarlayaq. Bununla da Avropada Azərbaycana təmsil etməyə layiq olduğumuzu bir daha göstərərik. Həmin vaxt sübut edərik ki, daxili yarışlara məğlubiyyətlərimiz təsadüfidir”.