“Qarabağ”la oyun bizim üçün son şansdır” - MÜSAHİBƏ
23.04.2010 - 16:59
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi
- Ötən tur “Xəzər-Lənkəran”la oyunda baş hakim Rövşən Əhmədovun idarəçiliyindən narazı qaldığınız üçün rəsmi bəyanat yaydınız. Bundan sonra “Qarabağ”la səfər görüşündə hakimliyə ümid edirsiniz?
- Rövşən Əhmədov bizə elə zərbə vurub ki... Onun “Xəzər-Lənkəran”la görüşdə buraxdığı böyük səhv bizi avrokuboklardan kənarda qoya bilər. Yəqin ki, həmin oyunun hesabı dəyişiləsi deyil. Gözləyirik, görək, baş hakim haqda hansı qərar çıxarılacaq. Əsas istəyimiz Rövşən Əhmədovun cəzalanması və bunun rəsmən açıqlanmasıdır.
- Ancaq AFFA-nın Hakimlər Komitəsi hakimlərə verilən cəza qərarlarını açıqlamır...
- Bundan xəbərimiz var. Fikrimcə, hakimlərlə bağlı çıxarılan cəza qərarları açıqlanmalıdır. Demokratik ölkədə yaşayarıq, hər şey açıq olmalıdır.
- Rövşən Əhmədova hansısa cəza veriləcəyi haqda məlumatınız var?
- Biz ilk növbədə öz işimizlə maraqlanırıq. Hər halda, AFFA nümayəndələri Rövşən Əhmədovun nəticəyə təsir edən qərar verdiyini təsdiqlədilər.
- Nə vaxt?
- Oyundan iki gün sonra. Hamı gördü ki, rəqib cərimə meydançasında əllə oynamışdı və baş hakim penalti zərbəsi təyin etməli idi. Komissar da bununla razılaşdı. Təbii ki, hakimin səhv etdiyini bizə qeyri-rəsmi şəkildə dedi.
- Sizin kimi mingəçevirli olan Rövşən Əhmədov dəfələrlə komandanızın oyunlarına təyinat alıb. Maraqlıdır ki, həmyerlinizdən çox vaxt narazı qalmısınız...
- Bakı klublarının oyunlarının müqəddəratı paytaxtdan olan hakimlərə tapşırılır. Ancaq bu, o demək deyil ki, onlar paytaxt komandalarına kömək edirlər. Rövşən Əhmədovun Mingəçevirdən olmasına gəlincə, bu, belə deyil. Bildiyimə görə, Yevlaxda yaşayıb. Bizim üçün hakimin haralı olmasının fərqi yoxdur. Onlara düzgün idarə etmək tapşırılır, səhv etmək yox. Bizə hakim tərəfkeşliyi lazım deyil, buna ehtiyacımız yoxdur. Təmiz, ədalətli hakimlik istəyirik.
- Mövsümün son oyunlarına təyinat alan hakimlərin adları gizli saxlanılır. Buna necə baxırsınız?
- Yaxşı baxmıram. Bu da hakimlərimizlə bağlı problemin olmasından xəbər verir. Onları bir yerə yığıb, adlarını gizli saxlamaqla çatışmazlıqlarını gizlədirlər.
- Hakimlərin adlarının açıqlanmaması ilk növbədə onunla əsaslandırılır ki, klubların nümayəndələri zəng edib, onları ələ almaq istəyirlər...
- Mən də sizə sual verirəm. Məgər adı açıqlanmayan baş hakim bizə kömək etdi? Əksinə, zərbə vurdu. Guya adını əvvəldən bilsəydik, nə olacaqdı? Bilirik ki, baş hakimin qərarı dəyişilməzdir. Sadəcə, ona veriləcək cəzanı bilməyə bir klub kimi haqqımız çatır. Necə olur ki, AFFA-nın İntizam Komitəsinin biz məşqçilərə, futbolçulara verilən cəza və cərimə açıqlanır, ancaq hakimə yox?
- Keçək “Qarabağ”la oyuna. Hazırlığınızda ruh düşkünlüyü yaranmayıb ki?
- Yox. Düşərgədə normal əhval-ruhiyyə hökm sürür. “Qarabağ”la oyuna ciddi hazırlaşırıq. Ağdama qələbə üçün gedirik.
- “Qarabağ”a cari mövsümdə uduzmamısınız. Bu, vaxtilə oynadığınız həmin komandanı yaxşı tanımağınızdan irəli gəlir, yoxsa?
- Mən oynadığım vaxtdan “Qarabağ”da yalnız kapitan Aslan Kərimov qalıb. Sadəcə, “Qarabağ”ın vəziyyətini, psixoloji durumu yaxşı bilirik. Oyun öncəsi rəqib haqda çoxlu informasiya toplayır, itkiləri, zədəli, cəzalı futbolçuları ilə maraqlanırıq. Məşqçilər korpusu birgə komandanı yaxşı hazırlaşdırıb, vəziyyəti düzgün təhlil edib, rəqibin boşluqlarından istifadə edirik. Bu, “Qarabağ”la oyunlarda indiyə kimi bizə nəsib olub. İnşallah, sabah da uğur bizim tərəfdən olar, istəyimizə çatarıq.
- “Xəzər-Lənkəran”a məğlubiyyət komandanızı avrokuboklara mübarizədə geri saldı. Bu, “Qarabağ”la görüşdə qələbənin əhəmiyyətini artırır.
- Deyərdim ki, avrokuboklara düşmək baxımından bizim üçün son şanslardan biridir. Bizdən irəli olan “Qarabağ”la “Neftçi”nin 19 xalı var. Bizim isə 15 xalımız var və onlardan uzaq olmamalıyıq. Bunun üçün xal fərqini azaltmalıyıq. Reallığı nəzərə alsaq, 4-cü yer uğrunda mübarizə aparırıq. Buna nail olsaq, 70 faiz avrokuboklara düşəcəyik.

0
0