Nazim Süleymanov ədalətsizlikdən şikayətlənir
23.04.2010 - 17:42
“Bu görüş komandalardan heç biri üçün böyük əhəmiyyət kəsb etmirdi. Bu səbəbdən meydana əsasən gənclərdən təşkil olunan heyət buraxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Unibank Premyer Liqasının XXIX turunun “Olimpik-Şüvəlan”la qarşılaşmasından sonra ukraynalı mütəxəssis qolsuz heç-heçədən də razı qaldığını gizlətməyib: “Buna baxmayaraq, “Olimpik-Şüvəlan”ın hücumlarının qarşısını ala bildik. Mövsümün gedişində bir sıra dəyişikliklərlə üzləşdik. Təbii ki, bu da nəticələrimizə təsir etdi. İndi də Taras Çopik komandadan ayrılır. Bu matç onun sonuncu görüşü idi. “Karpatı”dan təklif alan qapıçımız karyerasını orada davam etdirəcək”.
Matç sonrası mətbuat konfransında bakılıların baş məşqçisi Nazim Süleymanov isə qələbə imkanlarının əldən verilməsinə təəssüflənib: “Nəticəni ədalətli saymıram. Çünki komandamız daha üstün oynadı və qələbəyə layiq idi. Lakin imkanlardan istifadə edə bilmədik və 1 xalla kifayətlənməli olduq”.

0
0