Arif Əsədov: “Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi
23.04.2010 - 18:37
“Birinci hissədə, heyətlər bərabər olarkən üstünlük bizim tərəfimizdə idi. Lakin bu üstünlükdən istifadə edə bilmirdik. İkinci hissədəki qırmızı vərəqə isə hər şeyi dəyişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
O, Unibank Premyer Liqasının XXIX turunun “Bakı” ilə oyunundan sonra keçirilən mətbuat konfransında nəticədən narazılığı qaldığını gizlətməyib: “Rəqibimiz azlıqda qaldıqdan sonra bütün boşluqlarını doldurub müdafiə olunurdu. Bu da bizim işimizi çətinləşdirirdi. Yalnız dəyişikliklər nəticəsində oyunda dönüş yarada bildik və meydana daxil olan Vladimir Voskoboynikov bərabərlik qoluna imza atdı. Lakin bu heç-heçə ilə “Neftçi” 1 xal qazanmadı, 2 xal itirdi”.
Qeyd edək ki, “Bakı” - “Neftçi” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0