İspanlar Azərbaycan çempionuna aman vermədi
24.04.2010 - 07:03
Futzal üzrə UEFA kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan çempionu “Araz” ilk görüşdə İspaniyanın “İntervyu” klubu ilə qarşılaşıb. Lissabon şəhərindəki Pavilyau Atlantiko arenasında keçirilən matçda ispanlar 5:2 hesabı ilə qələbə qazanıblar.
Beləliklə, bu məğlubiyyətdən sonra finala yüksələ bilməyən «Araz» aprelin 25-də keçiriləcək 3-cü yer uğrunda oyunda iştirak edəcək. Təmsilçimizin rəqibi Portuqaliyanın «Benfika» klubuna uduzan İtaliyanın «Luparense» klubudur.

0
0