Xesus Kandelas: “Araz” yaxşı oynadı və bizi təəccübləndirdi
24.04.2010 - 07:09
“Araz” çox yaxşı oynadı”. Apasport.az saytının xəbərinə görə, bunu İspaniyanın “İntervyu” futzal klubunun baş məşqçisi Xesus Kandelas deyib.
UEFA kubokunun yarımfinal mərhələsində Azərbaycan çempionu üzərində qazanılan 5:2 hesablı qələbədən sonra Kandelas komandamızı tərifləyib: “Rəqiblə ilk dəfə qarşılaşdığımıza görə taktikalarını anlamaq üçün çox düşünməli olduq. Güclü pressinq tətbiq etməklə, bizi təəccübləndirdilər. “Araz” çox yaxşı oynadı. Rəqibin heyətində ən çox bəyəndiyim futzalçı Biro Jade oldu”.

0
0