Joze Alesio Da Silva: Məşqçi olmasaydım, özüm də meydana çıxardım
24.04.2010 - 07:13
Joze Alesio Da Silva: Məşqçi olmasaydım, özüm də meydana çıxardım
“Güclü rəqibə qarşı oynadıq. Yol yorğunluğu və oyunçu siyahımızın qısa olması oyunumuza təsir etdi. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik”. Apasport.az saytının xəbərinə görə, bunu UEFA kubokunun yarımfinal mərhələsi çərçivəsində “İntervyu” klubuna məğlubiyyətdən (2:5) sonra “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı çalışdırıcının bildirib ki, növbəti mövsüm yenidən bu mərhələyə yüksəlməyə çalışacaq: “Arenada atmosfer əla idi. Məşqçi olmasaydım, bu cür ab-havada özüm də oynayardım. Fikrimcə, rəqibin ən yaxşı oyunçusu Betao idi”.