Vladimir Voskoboynikov sevinir: Biz “Bakı”dan yaxşı oynadıq
24.04.2010 - 07:38
Vladimir Voskoboynikov sevinir: Biz “Bakı”dan yaxşı oynadıq
"Bakı" ilə müqayisədə yaxşı oyun göstərsək də, qələbə qazana bilmədik". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Neftçi"nin hücumçusu Vladimir Voskoboynikov deyib.

Estoniyalı futbolçu Unibank Premyer Liqasının XXIX turunda "Bakı" ilə görüşdə flaqmanın bərabərlik qoluna imza atıb: "Neftçi"nin heyətində ilk qolumu vurduğum üçün çox şadam. Amma təəssüf ki, belə vacib görüşdə layiq olduğumuz qələbəni əldə edə bilmədik. Qarşıda 3 oyun var, bu matçlarda maksimum nəticə göstərməyə çalışacağıq".