“Neftçi” rəhbərliyindən protest
24.04.2010 - 07:39
"Neftçi" klubu Unibank Premyer Liqasının XXIX turu çərçivəsində "Bakı"ya qarşı keçirilmiş oyunla bağlı protest verib. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın 83-cü dəqiqəsində flaqmanın yarımmüdafiəçisi Zaur Tağızadənin cərimə meydançasında vurduğu zərbə rəqib futbolçunun əlinə dəyib. Lakin bu epizodda matçın baş hakimi Elçin Məmmədov qayda pozuntusunu qeydə almayıb. Oyundan sonra bu epizodla əlaqədar "Neftçi" görüşün protokoluna etirazını qeyd edib.
0
0