“Neftçi” və “Turan” “Xəzər-Lənkəran”ın rekorduna çata bilmədi
24.04.2010 - 09:30
Bakının “Neftçi” və Tovuzun “Turan” klubları cari mövsümün rekordunu təkrarlamaq şansını əldən verib. Apasport.az saytının məlumatına görə, cari mövsüm 4 dəfə qarşılaşdığı rəqiblərdən ilk 3 matçda 7 xal alan komandalar Unibank Premyer Liqasının XXIX turunda heç-heçə ilə kifayətlənib. Qələbə qazanacaqları halda, “ağ-qaralar” “Bakı”dan, tovuzlular isə “Standard”dan 10 xal qoparmış olacaqdı. Bu isə “Xəzər-Lənkəran”a şərik olmaq imkanı verirdi.
Belə ki, Unibank Premyer Liqasında bir-biri ilə 4 dəfə qarşılaşan komandalar arasında yalnız Ağasəlim Mircavadovun yetirmələri eyni komandadan 10 xal ala bilib. Lənkəranlılar buna “Qəbələ” ilə oyunlarda nail olub – 1:1, 1:0, 4:1 və 2:1.
Artıq arxada qalan 3 dövrə ərzində heç bir klubun hər hansı rəqibini 3 dəfə məğlub etməyib. Bu isə o deməkdir ki, “Xəzər-Lənkəran”ın rekordu cari mövsüm qırılmayacaq. Ən yaxşı halda, lənkəranlılara şərik tapıla bilər.

0
0