Torres Barselonada – FOTO
24.04.2010 - 10:15
Dünya çempionatının favoritlərindən sayılan İspaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandasının liderlərindən olan Fernando Torresin bir müddət əvvəl aldığı zədə gözlənildiyindən də ağır olub.
CAR-da başlayacaq mundiala 48 gün qalmış İngiltərənin “Liverpul” klubunda çıxış edən futbolçu cərrah masasına çıxıb. Bunun üçün Barselonaya yollanan Torres bir müddət qoltuqağacı ilə gəzmək məcburiyyətində qalıb. İndi bütün İspaniya futbolçunun dünya çempionatına qədər sağalmasını gözləyir.
Qeyd edək ki, Fernando ötən ilin iyununda Azərbaycan milli komandası ilə oyunda ispanların 6 cavabsız qolundan birinin müəllifi olub. O, Tofiq Bəhramov adına Respublika stadionundakı matçın 88-ci dəqiqəsində qonaqların sonuncu qolunu vurub.

0
0