“Xəzər-Lənkəran”ın legioneri lənkəranlı futbolçuya qarşı
24.04.2010 - 11:21
“Xəzər-Lənkəran”ın legioneri lənkəranlı futbolçuya qarşı
Mayın sonunda Xorvatiyada ənənəvi “Kvarnerska rivijera” turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, turnirdə əslən azərbaycanlı olan Emin Mahmudovun çıxış etdiyi Rusiyanın “Saturn” klubunun əvəzedici heyəti də çıxış edəcək.

Lənkəranlı futbolçu 58-ci dəfə təşkil olunan turnirdə “Xəzər-Lənkəran”ın üzvü Elvin Beçiri ilə də görüşə bilər. Belə ki, mərkəz müdafiəçisinin şərəfini qoruduğu Albaniya milli komandası da yarışın iştirakçıları arasında olacaq. Bu iki komanda ilə yanaşı, Xorvatiyanın “İstra-1961” və “Dinamo” (Zaqreb) klubları da turnirdə mübarizə aparacaq.

Qeyd edək ki, Elvindən fərqli, ölkəmizdə çıxış edən digər albaniyalı – “Qarabağ”ın müdafiəçisi Admir Teli artıq yığmaya dəvət olunmur.