“Ağlımıza gətirməzdik ki, “Araz” belə güclü oynasın”
24.04.2010 - 11:58
“Ağlımıza gətirməzdik ki, “Araz” belə güclü oynasın”
“Etiraf edim ki, “Araz”ın belə güclü oynayacağını ağlımıza gətirmirdik. Təbii ki, açılış matçının həmişə çətin alındığını bilirdik. Lakin belə fiziki güc tələb edəcəyini gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “İntervyu” klubunun futzalçısı Luis Amado deyib.

UEFA kubokunun yarımfinalında Azərbaycan çempionu “Araz”a qalib gələn pireneylilərin qapıçısı qol vurmasının da sirrini açıb. Luis 5:2 hesabı ilə bitən görüşdə 4-cü qola imza atmasını təsadüfi saymır: “Belə şeylər təsadüfən olmur. Mən bu ilki Avropa çempionatının Çexiya ilə oyununda da belə qol vurmuşam. Belə fərqlənmək üçün məşqlərdə çalışıram. Yarışda istifadə olan toplara uyğunlaşmaq, onlarla öz qapımdan rəqib qapısına qol vurmaq üzərində saatlarla çalışmışam. Biz hər xırda şey üçün əziyyət çəkib öyrənmişik. Xoşbəxtlikdən bu da içimizə yaradı”.

Amado “Araz”ın yaxşı oynamasına görə komanda yoldaşlarını da qınayır: “Müdafiədə daha yaxşı oynamalıyıq. Birinci hissədə “Araz” istədiyi oyunu göstərirdi. Biz isə həmin üsluba uyğunlaşmalı idi. Fasilədən sonra isə biz istədiyimiz kimi oldu”.

Qeyd edək ki, “Araz” üçüncü yer uğrunda matçda İtaliyanın “Luparense” klubu ilə görüşəcək.