Rauf Mehdiyev yenə zədələndi
24.04.2010 - 12:18
Azərbaycan yığmasının sabiq qapıçısı Rauf Mehdiyev növbəti dəfə zədələnib. Apasport.az saytının məlumatına görə, “Karvan”ın şərəfini qoruyan əlcək sahibi üçün mövsümü bitmiş saymaq olar.
Ayağından zədələnən 34 yaşlı qapıçının bu gün “Muğan”a qarşı keçiriləcək oyunda meydançaya çıxmayacağı dəqiqdir. Mehdiyevə zədəsini sağaltmaq üçün 10 gün vaxt lazımdır. Baş məşqçi Yunis Hüseynov Raufun yoxluğunda qapını rusiyalı İvan Vasilyevə tapşıracaq.
Qeyd edək ki, Mehdiyev ötən il "Simurq"da çıxış edərkən ciddi zədələnmişdi. Bu, Raufun həm yığma, həm də klub karyerasına ciddi zərbə vurub. Belə ki, yığmanın baş məşqçisi Berti Foqts artıq ona dəvət göndərmir.

0
0