Ruslan Poladov: Kamran Ağayev adətən belə vəziyyətlərdə səsini çıxarırdı
24.04.2010 - 12:36
“İnter”lə oyuna qələbə üçün çıxmışdıq. “Bakı” və “Neftçi” heç-heçə etdiyindən, qalib gəlmək və izləyicilərlə xal fərqini artırmaq istəyirdik. Elə oyun boyu üstünlük də bizim tərəfimizdə oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Ruslan Poladov deyib.
31 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XXIX turunun “İnter”lə görüşündə buraxılan ilk qolu anlaşılmazlıq kimi dəyərləndirir: “Həmin epizodda mən Kamran Ağayevin arxamda olduğunu görmürdüm. Onun arxamda zərbəni dəf etməyə hazır olduğunu bilsəydim, topa toxunmazdım. Belə vəziyyətdə top ayağıma sürtünüb istiqamətini dəyişdi və qapıçını da çaşdırdı”.
Ruslan belə kuryoz qolda nə özünü, nə də Ağayevi günahkar sayır: “Adətən Kamran belə vəziyyətlərdə səsini çıxarırdı. Lakin bu dəfə nədənsə aramızda anlaşılmazlıq oldu. Elə oyunun fasiləsində bunu müzakirə etdik. Bir-birimizi qınamadıq. Sadəcə təhlil etdik ki, bir də belə halla üzləşməyək”.
Poladovun fikrincə, oyun 2:2 hesabı ilə bitməli deyildi: “O boyda üstünlüyümüz var idi. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Həmişə olduğu kimi, yenə heç nədən qol buraxdıq. Vurmayana vurarlar prinsipi ilə iki dəfə məğlub duruma düşdük. Lakin hər ikisində qol vurub bərabərliyi bərpa etdik. Qol şanslarımızı boşa verməsəydik, nəticə tam fərqli olacaqdı”.

0
0