Milli komandamızın kapitanı əməliyyat olundu
24.04.2010 - 13:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Nodar Məmmədov əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, Türkiyədəki əməliyyat uğurla keçib.
Nodar artıq Azərbaycana qayıdıb. Ayağında ağrılar olsa da, ümumi vəziyyəti yaxşıdır. Özünün dediyinə görə, 10 gündən sonra məşqlərini bərpa edəcək: "U-21-in seçmə mərhələdəki son iki oyununda iştirak etmək istəyirəm. 10 gündən sonra məşqlərə başlayacağam".
Xatırladaq ki, Nodar şərəfini qoruduğu "Qarabağ"ın hesabına əməliyyat olunub. O, 2007-ci ildən Ağdam klubunun uğurları üçün çalışır.

0
0