Mənsimov “Beşiktaş” üçün portuqaliyalı futbolçu aldı
24.04.2010 - 13:22
Mənsimov “Beşiktaş” üçün portuqaliyalı futbolçu aldı
“Beşiktaş” klubu heyətini gücləndirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçu Rikardo Kuarejma ilə danışıqlara başlayıb.

Bu məqsədlə “Beşiktaş” komandasının prezidenti Yıldırım Dəmirörən İtaliyaya yollanıb, futbolçunun formasını geyindiyi “İnter” rəhbərliyi ilə görüşəcək. Transferin artıq həll edildiyi bildirilir və Kuarejma üçün veriləcək 10 milyon avronu həmyerlimiz Mübariz Mənsimov ödəyəcək.

Portuqaliyalı futbolçunun yayda “Beşiktaş”ın formasını geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti, “Xəzər-Lənkəran” klubunun sahibi olan Mənsimov İstanbul təmsilçisinə ulduz futbolçu transfer edəcəyinə söz vermişdi.