“Mən bu cür dramatik sonluq gözləmirdim”
24.04.2010 - 14:31
“Mən bu cür dramatik sonluq gözləmirdim”
“Oyunun çətin keçəcəyini bilirdik. Belə prinsipial görüşdə məğlub olmaq çempionluq şansımızı azaldacaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin deyib.

Unibank Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə “Xəzər-Lənkəran” heç-heçə (2:2) oynayan paytaxt təmsilçisi rəqibinin xal fərqini artırmasına imkan vermədi. “Bankirlər”in latviyalı legioneri Andrey Rubin prinsipial oyunla bağlı fikirlərini bildirib: “Oyuna yaxşı başlasaq da, sonradan üstünlüyü əldən verdik. Hesabda iki dəfə irəli çıxmağımız da qələbə qazanmağımıza kömək etmədi. Rəqib son dəqiqələrdə vurduğu qolla hesabı bərabərləşdirməyə nail oldu. Bu cür dramatik sonluq gözləmirdim”.