Vaqif Cavadov: Hollandları sevirəm!
24.04.2010 - 14:00
“Hollandiyada yaşayış tərzi fərqlidir. İnsanlar çox mehribandır, bir-birilərinə hörmətlə yanaşırlar. Sadədirlər və heç kimə paxıllıq etmirlər. Bu keyfiyyətləri həqiqətən də məni çox təəccübləndirir, onları sevməyə vadar edir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.
Bu ilin yanvarından Enshedenin “Tvente” klubunun şərəfini qoruyan həmyerlimiz Hollandiya həyatından danışıb. Bu ölkədə xoşbəxtdir olduğunu bildirən Cavadov Azərbaycan üçün darıxdığını da etiraf edib: “Bir qardaşım Azərbaycandadır. Vətəndə baş verən hadisələrdən məni tez-tez məlumatlandırır. Əlbəttə, Azərbaycan mənim vətənimdir, Bakıda çoxlu dostlarım var. Oradakılar üçün darıxmışam. Yaxşı ki, ailəm - atam, anam və qardaşım yanımdadır. Onlar olmasaydı, burada çox çətinliklə üzləşərdim. Məşqlərdən sonra ailəmlə birgə gəzirik. Elə bu yaxınlarda Almaniyaya da səfər etmişdik”.
Qeyd edək ki, Cavadov biri çempionatda olmaqla, cəmi iki dəfə əvəzedici heyətdə forma geyinib.

0
0