Yunis Hüseynov “Karvan”dan razı qaldı
24.04.2010 - 18:18
Yunis Hüseynov “Karvan”dan razı qaldı
“Bugünkü rəqibimiz çox yaxşı komandadır, biz mütləq qələbə qazanmalı idik”. Apasport.az saytının xəbərinə görə, bunu “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Unibank Premyer Liqasının XXIX turunda "Karvan" Salyanda "Muğan"ın qonağı oldu. 3:2 hesablı qələbə qazanan Yevlax təmsilçisinin baş məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Futbolçularımız əzmlə oynadılar, qalib gəldiyi üçün komandanı təbrik edirəm. "Muğan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".