“İlk hissədə qapımızdan üç qol buraxdıqdan sonra...”.
24.04.2010 - 18:23
“İlk hissədə qapımızdan üç qol buraxdıqdan sonra...”.
“İlk hissədə qapımızdan üç qol buraxdıqdan sonra qalib gəlmək çox çətin məsələ idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Muğan” klubunun baş məşqçisi Almir Hurtiçə məxsusdur.

Salyan təmsilçisi bu gün Unibank Premyer Liqasının XXIX turunda öz meydanında “Karvan”a 2:3 hesabı ilə məğlub olub. Oyundan sonra təşkil olunan mətbuat konfransında Hurtiç komandasından razı qalmadığını söyləyib: “İkinci hissədə iki qol vursaq da, məğlub olduq”.